AZ

Kolumbiya mütəşəkkil cinayətkar qruplaşma üzvünü Rusiyaya ekstradisiya edəcək

Kolumbiya Sankt-Peterburqda 30 milyon rubl dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən mütəşəkkil cinayətkar qruplaşmanın üzvü Fredi Andres Patino Avilanı Rusiyaya ekstradisiya edir...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, 2012-ci ildə cinayətkar qrupun tərkibində fəaliyyət göstərən Avila və onun əlaltıları Lenexpo sərgisində zinət əşyalarının sahiblərinin izinə düşüb, bundan sonra qiymətli əşyalarını mənimsəmək üçün onları təqib etməyə başlayıblar.

“İştirakçılar hava limanında və qatar vağzalında zərərçəkənləri çaşdırıblar, onların baqajını gizlicə oğurlayıblar, içərisində 30 milyon rubldan çox dəyərində qızıl-zinət əşyaları olub”, Baş Prokurorluq bildirir.

Avil Rusiya Federasiyası ərazisini tərk edə bilib, mütəşəkkil cinayətkar qrupun digər üzvləri isə Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 2014-cü ildə kolumbiyalı qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. İndi o, Türkiyə üzərindən Moskvaya çatdırılmasını gözləyir.

Poliqon.info 

Seçilən
7
poliqon.info

1Mənbələr