AZ

Harris Baydenin vəziyyəti barədə ifadə vermək üçün Konqresə çağırıla bilər

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris böyük ehtimalla Konqresin Nümayəndələr Palatasının nəzarət və hökumət islahatları komitəsinə keçmiş dövlət başçısı Co Baydenin səhhətinn pisləşməsi barədə ifadə vermək üçün çağırılacaq.

"Report"un məlumatına görə, bu barədə adıçəkilən komitənin sədri Ceyms Komer (Kentukki ştatından respublikaçı) məlumat verib.

"Kamala Harrisin [Kaliforniya ştatının] qubernator vəzifəsinə seçkilərdə iştirakdan imtina etməsinin yaxşı tərəfi odur ki, onun Nümayəndələr Palatasının nəzarət komitəsinə gəlib Baydenin koqnitiv qabiliyyətlərinin azalması barədə ifadə verməyə daha çox vaxtı olacaq. Harrisin çağırış alması ehtimalı çox yüksəkdir", - o "Fox News" telekanalına bildirib.

Harris 2021-ci ildə ABŞ-ın vitse-prezidenti olmamışdan əvvəl dörd il Konqresin Kaliforniyadan senatoru olub, 2011-2017-ci illərdə isə ştatın baş prokuroru vəzifəsində çalışıb.

İyunun 5-də ABŞ prezidenti Donald Tramp sələfinin səhhəti və köməkçilərinin sənədləri imzalamaq üçün avtomatik qələmdən istifadəsi ilə bağlı araşdırma başlatmağı əmr edib.

Əvvəllər Tramp bildirib ki, Baydenin təxminən 2 500 şəxsin, o cümlədən qohumlarının əfv edilməsi haqqında fərmanları keçmiş prezidentin xəbəri olmadan avtomatik qələmlə imzalandığı üçün hüquqi qüvvəyə malik deyil.

Seçilən
30
report.az

1Mənbələr