AZ

“Buker” mükafatı 10-dan çox əsərdən ibarət siyahı dərc edib

Bakı, 31 iyul, AZƏRTAC

İngilisdilli ədəbiyyat üzrə “Buker” mükafatının rəsmi internet saytında 13 romandan ibarət siyahı dərc olunub.

Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.

Onların arasında Kiran Desai “The Loneliness of Sonia and Sunny”, Keti Kitamura “Audition”, Syuzan Çoy “Flashlight”, Devid Salai “Flesh”, Lediya Coqi “Misinterpretation”, Bencamin Vud “Seascraper”, Mariya Reva “Endling”, Endrü Miller “The Land in Winter”, Bencamin Markovits “The Rest of Our Lives”, Conatan Bakli “One Boat”, Nataşa Braun “Universality”, Taşa Ouva “The South” və Kler Adam “Love Forms” var.

Bu il mükafatın münsiflər heyətinin sədri yazıçı və dramaturq Roddi Doyl olub. Münsiflər heyətinə həmçinin aktrisa Sara Cessica Parker, yazıçı Ayobami Adebayo, Kayli Rid və yazıçı Kris Pauer də daxil idi. Altı kitabdan ibarət qısa siyahı ilk dəfə bu il sentyabrın 23-də Londonda, Sautbenk Mərkəzinin “Royal Festival Hall”da keçiriləcək ictimai tədbirdə təqdim olunacaq.

Seçilən
15
azertag.az

1Mənbələr