AZ

ABŞ Cənubi Koreya ilə ticarət müqaviləsi imzalayıb

ABŞ Cənubi Koreya ilə Seulun 350 milyard dollar sərmayə qoyması və 100 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alması öhdəliyi daşıyan ticarət müqaviləsi imzalayıb.

APA xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp açıqlama verib.

Tərəflər həmçinin Cənubi Koreya bazarını ABŞ malları, o cümlədən avtomobil avadanlığı və kənd təsərrüfatı məhsulları üçün tam açmaq barədə razılığa gəliblər.

Cənubi Koreyadan ABŞ-a gedən mallara 15% rüsum tətbiq ediləcək, amerikalı tədarükçülər isə rüsumsuz çıxış əldə edəcəklər.

Seçilən
9
apa.az

1Mənbələr