AZ

Lineker futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqladı

BAKI. 31 iyul. TELEQRAF

İngiltərə millisinin keçmiş hücumçusu və tanınmış teleaparıcı Qari Lineker futbol tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Teleqraf “Goal”a istinadən xəbər verir ki, sabiq futbolçu argentinalı hücumçu Lionel Messinin hamıdan üstün olduğunu iddia edib.

Lineker bildirib: "Messi mənim üçün bütün zamanların ən sevimli oyunçusudur, sadəcə ona görə ki, tarixin ən yaxşı futbolçusudur. Onun Kroyff, Zidan, Ronaldodan da daha yüksək səviyyədə olduğunu düşünürəm. Bu, həqiqətən heyrətamizdir.

Zədələri olmasaydı, eyni kontekstdə braziliyalı Ronaldo haqqında danışardıq. Bununla belə, o, inanılmaz işlər gördü və azarkeşlərə sevinc bəxş etdi”.

Seçilən
14
teleqraf.com

1Mənbələr