AZ

Balıqçı qohumunu timsahın çənəsindən xilas etdi

BAKI. 31 iyul. TELEQRAF

Malayziyada balıqçı nəhəng timsahın hücumu zamanı möcüzə nəticəsində sağ qalıb.

Teleqraf “Malay Mail” nəşrinə istinadən xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında Bakoniq rayonu ərazisində, Pəngi çayında baş verib.

57 yaşlı Əziz Sabtu qohumu ilə balıq tutmaq üçün tor tökərkən qəfil yaxınlıqda təxminən dörd metr uzunluğunda timsah peyda olub. Yırtıcı adamın sol əlindən tutub suyun altına sürükləyib.

Qayıqdakı balıqçı soyuqqanlılığını saxlayaraq yırtıcıya avarla bir neçə dəfə zərbə endirib, onu çənəsini boşaltmağa məcbur edib. Sonra qohumunu sürünənin dişlərindən qoparıb və yenidən qayığa çəkib.

Sabtu ağır xəsarətlər alıb: onun sol gözü zədələnib, sol qolunda, mədəsində və sağ ayağında dərin yaralar aşkar edilib. Yerli klinikada ilkin tibbi yardım göstərildikdən sonra o, müalicəsinin davam etdirilməsi üçün xəstəxanaya aparılıb. Onun vəziyyəti hazırda stabildir.

Seçilən
17
teleqraf.com

1Mənbələr