AZ

Nelson Semedo "Fənərbağça"da

Bakı. Trend:

İngiltərənin "Vulverhempton" klubunun və Portuqaliya millisininsağ cinah müdafiəçisi Nelson Semedo karyerasını Türkiyənin"Fənərbağça" klubunda davam etdirəcək.

Trend-inməlumatına görə, bu barədə tanınmış futbol insayderi FabritsioRomano məlumat yayıb. Onun sözlərinə görə, portuqaliyalıfutbolçunun olduğu təyyarə artıq İstanbula yola düşüb.

Romano həmçinin qeyd edib ki, transferin reallaşmasında"Fənərbağça"nın idman direktoru Devin Özek mühüm rol oynayıb. O,daha əvvəl PSJ-dən Milan Şkrinyarın transferi prosesində də əsasfiqurlardan biri olmuşdu.

Qeyd edək ki, Nelson Semedo daha əvvəl "Benfika", "Barselona" və"Vulverhempton" kimi klublarda çıxış edib və Portuqaliya millisindədə forma geyinib.

Seçilən
31
az.trend.az

1Mənbələr