AZ

İranda “Mossad” agentləri tutulublar

İranda İsrailin “Mossad” xüsusi xidmət orqanının üç agenti və dissidentlər həbs olunub.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Mohsen Rəhimi deyib.

Qeyd olunur ki, İsraillə 12 günlük müharibədə həmin şəxslər müəyyən edilərək, iki xüsusi əməliyyat nəticəsində həbs olunublar.

Məlumata görə, onlar xarici kəşfiyyat orqanları ilə məxfi obyektlərlə bağlı məlumat mübadiləsi apararkən saxlanılıblar.

Seçilən
26
1
editor.az

2Mənbələr