AZ

"Leypsiq" Sesko üçün 75 milyon avro istəyir

"Leypsiq" hücumçusu Benjamin Seskonun satışından təxminən 75 milyon avro qazanmaq istəyir.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist David Orstein X sosial şəbəkəsində məlumat verib.

Alman klubu həmçinin, müqaviləyə oyunçunun gələcək satışlarının müəyyən hissəsinin daxil olacağını gözləyir.

"Nyukasl" və "Mançester Yunayted" danışıqlar aparır, lakin hələ də "Leypsiq"lə və ya sloveniyalı forvardın özü ilə razılığa gələ bilməyiblər.

Sesko 2023-cü ildən "Leypsiq"də çıxış edir.

"Transfermarkt" portalı hücumçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə Sesko 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
14
operativmedia.az

1Mənbələr