“Şəhidlərimizin qarşısında baş əyirəm. İlk ziyarət edəcəyim yer qardaşlarımın məzarı olacaq. Vətənə geri qayıdıram bundan böyük xoşbəxtlik yoxdur.”
APA xəbər verir ki, bunu bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köçürülən keçmiş məcburi köçkün Mediyev Şükür düyib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Bir digər keçmiş məcburi köçkün Qarayeva Bəyim isə bunları deyib: “33 il bundan qabaq Xıdırlıdan çıxanda çox məyus, ağlaya-ağlaya çıxmışıq. Çox şükürlər olsun gülə-gülə qayıdırıq. Vətənimiz saq olsun. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Biz vətənə gedirik. Gedirik orada xoş gün görməyə.”
