ABŞ 2018-ci ildən bəri İrana qarşı ən böyük sanksiyaları elan edib. İranın yüksək rütbəli məmurunun oğlu ilə əlaqəli 50-dən çox insan, şirkət və gəmilər məhdudiyyətlərə məruz qalıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytı məlumat yayıb. Belə ki, çərşənbə günü, iyulun 30-da ABŞ İrana qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və bu sanksiyalar 50-dən çox insan, şirkət və 50-dən çox gəmiyə təsir edib.
Sözügedən donanma, ABŞ səlahiyyətlilərinə görə, İran lideri Əli Xamneyinin ən yaxın məsləhətçilərindən biri, Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin oğluna məxsus olan ticarət donanmasıdır. Vaşinqton İran elitasını qeyri-qanuni neft alverində və rejimi maliyyələşdirməkdə ittiham edir.
Məhəmməd Hüseyn Şamxaninin (Hüseyn) şəbəkəsi geniş gəmi donanmasından, gəmi idarəetmə firmalarından və ön şirkətlərdən ibarətdir, bəziləri özünü qanuni maliyyə xidmətləri firmaları kimi təqdim edir, İran və Rusiya xam neftinin və digər neft məhsullarının qlobal satışından milyardlarla gəlir əldə edir.
ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) artıq bu sanksiyaları “2018-ci ildən bəri ən böyük sanksiyalar” adlandırıb.
Əziz MUSTAFA