“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya”dır.
II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya”, səfərdə də qələbə qazanaraq (2:1) Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasına iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.