AZ

“Şans” Regionlara Dəstək İctimai Birliyi layihə çərçivəsində Gəncədə tədbir keçirib - FOTOLAR

 

“Şans” Regionlara Dəstək İctimai Birliyinin “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbiri Gəncədə keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyinin “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbiri Gəncə şəhərində kəlbəcərlilərin məskunlaşdığı köçkün qəsəbəsində keçirilib. Qeyd edək ki, bu gün Azərbaycanın çox strateji mahiyyət kəsb edən bölgələrindən biri olan Kəlbəcər rayonuna qayıdış prosesində əhalinin məşğulluq məsələlərinə dəstək zərurət təşkil edir. 29 iyul 2025-ci il tarixində baş tutan tədbirdə keçmiş məcburi köçkün olan kəlbəcərlilər, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdilər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Şans” Regionlara Dəstək İctimai Birliyinin sədr müavini, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova tədbiri açaraq bildirdi ki, rayon ictimaiyyəti Kəlbəcərə qayıdışı böyük ümid və sevinclə gözləyir. Belə maarifləndirici tədbirlər əhalidə qayıdışla bağlı fikir formalaşmasına müsbət təsir edir. Daha sonra bir çox dövlət və QHT layihələrinin eksperti olan, təlimçi Elçin Poyliyev layihənin hədəf və prinsiplərinə uyğun olaraq təlimlərə başladı. O, işğaldan azad edilmiş digər bölgələrimiz kimi, Kəlbəcər rayonunda da quruculuq işləri davam etdiyini bildirərək bir çox zəruri məqamlara aydınlıq gətirdi. Bu rayona hansı sahələrə sərmayə qoyuluşunu, fərdi sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin əsas fəaliyyət istiqamətlərini açıqladı.

Təlimçi auditoriyanı maraqlandıran sualları cavablandıraraq Kəlbəcərin mövcud potensialı haqqında geniş məlumat verdi. Tədbir xatirə şəkilləri çəkdirməklə yekunlaşdı. Xatırladırıq ki, layihənin növbəti tədbirləri kəlbəcərlilərin sıx məskunlaşdığı Qəbələ rayonunda keçiriləcək.

Seçilən
27
2
qht.az

3Mənbələr