Bu gün "Sabah" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Petrokub"u qəbul edəcək.
Fanat.Az xəbər verir ki, "bayquşlar" Moldovada 2:0 hesabı ilə yendikləri rəqibini Masazırda da üstələyərək növbəti mərhələyə adlamağı hədəfləyiblər.
Qeyd edək ki, cütün qalibi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Petrokub" (Moldova)
Masazır, "Bank Respublika Arena".
Nihat