Yay başlayandan yolunu şimal bölgəsinə salanlar çoxalır. Bu regionda insanların istirahəti üçün müasir və rahat yerlər var.
Götürək Xaçmazdan Xudata gedən yolun üstündəki "Çənlibel" istirahət parkını. Park səliqəsi ilə seçilir. Qonaqlı-qaralı olan parkda uşaqlar üçün də əyləncə yerləri var. Oyun avtomatları, elektriklə işləyən maşınlar, at arabası və digər əyləncə yerləri uşaqların ixtiyarındadır. Bəzən onların çoxu buradan ayrılmaq belə istəmir.
Parka təşrif buyuranlar heykəllərin önündə şəkil çəkdirir, yaşıllıq ətrafında gəzişir, fəvvarələrin mehindən, ətrafa səpilən su damcılarından xüsusi zövq alırlar. Bir sözlə, Xaçmazın tanınmış istirahət mərkəzlərinin başlanğıcında yerləşən "Çənlibel" parkı burada dayanıb yolun yorğunluğunu çıxarmaq istəyənləri peşman etmir.
Cəbrayıl MUSTAFAYEV,
Xaçmaz rayon sakini