Moody’s beynəlxalq reytinq agentliyi Yapı ve Kredi Bankası A.Ş.-nin (YapıKredi) uzunmüddətli depozit reytinqini B1-dən Ba3-ə yüksəltsə də, bankın kredit portfeli üzrə risklərin davam etdiyini qeyd edib.
Valyuta.az xəbər verir ki, hesabatda bildirilir ki, bankın ümumi kreditlərinin təxminən 45%-i pərakəndə sektora – xüsusilə də kredit kartları və overdraft məhsullarına yönəlib. Bu isə yüksək riskli segment sayıldığından aktiv keyfiyyətində zəifləmə potensialı müşahidə olunur. Bundan əlavə, kredit portfelinin 8%-i kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə verilmiş kreditlərdən ibarətdir ki, bu da makroiqtisadi dəyişikliklərə qarşı daha həssas sayılır.
Moody’s bankın mövcud risklərini balanslaşdıran amillər kimi yüksək likvidlik, stabil mənfəətlilik və möhkəm kapital mövqeyini qeyd etsə də, aktiv keyfiyyətindəki bu struktur risklərin davam etdiyini vurğulayıb.
Agentlik YapıKredi-yə dövlət dəstəyi ehtimalını "yüksək" qiymətləndirdiyindən, reytinqə bir pilləlik əlavə artım tətbiq edib. Lakin Moody’s bu artımın bankın sistemik əhəmiyyəti ilə bağlı olduğunu, əsas kredit göstəricilərində isə ehtiyatlılığın zəruri qaldığını bildirir.
NARA