AZ

"Marmaris kardeşlər" restoranının vəzifəli şəxsi cərimələnib

"Marmaris kardeşlər" restoranının vəzifəli şəxsi Akdemir Engin inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə cərimələnib.

Valyuta.az-ın məlumatına görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə, Akdemir Engin İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500(min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib. 

Qeyd edək ki, sözügedən inzibati tənbehə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Sabiq İsbəndərli

Seçilən
47
valyuta.az

1Mənbələr