Çin rəsmisi iki ölkə arasında yeni dialoq və məsləhətləşmə kanallarının yaradılmasını təklif edib...
Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Çin və ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan, münaqişədən uzaq və praqmatik münasibətlərin qurulmasına çağırıb. Bu barədə Sinxua Agentliyi məlumat yayıb.
Çərşənbə günü Pekində Amerika-Çin Biznes Şurasının direktorlar şurasının nümayəndə heyəti ilə görüşdə çıxış edən Van İ bildirib ki, tərəflər bir-birinin əsas və mühüm maraqlarına hörmətlə yanaşmalı, qarşıdurma və toqquşmalardan qaçmalı, bir-birini obyektiv, rasional və praqmatik şəkildə dəyərləndirməlidir. O qeyd edib ki, Çin dəyişən qlobal şəraitə baxmayaraq, ABŞ-a münasibətdə siyasətində ardıcıllıq və sabitliyi qoruyur və əlaqələrin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı fayda əsasında qurulmasına çalışır.
Çinli diplomat həmçinin ABŞ-la əlaqələrin inkişafı üçün yeni kommunikasiyalar və məsləhətləşmə kanallarının yaradılmasının vacibliyini vurğulayıb.
Poliqon.info