
Kamçatkada cəmi yarım saat ərzində biri digərini əvəz edən dörd zəlzələ qeydə alınıb. Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialından verilən məlumata görə, təkanların maqnitudaları 5,0-dan 6,0-a qədər dəyişib.5,2 bal gücündə zəlzələ Petropavlovsk-Kamçatskidən 248 km aralıda, 38,7 km dərinlikdə,5,0 bal – 204 km aralıda, 13,7 km dərinlikdə,5,4 bal – 297 km aralıda, 88 km dərinlikdə,6,0 bal gücündə sonuncu zəlzələ isə 402 km aralıda, 77,1 km dərinlikdə baş verib.Hələlik zəlzələlərin yerüstü hiss edilib-edilmədiyi barədə məlumat daxil olmayıb.Bundan öncə, iyulun 30-da səhər saatlarında Kamçatka sahillərində 8,8 maqnitudalı dağıdıcı zəlzələ qeydə alınmışdı. Bu, bölgədə 1952-ci ildən bəri baş verən ən güclü zəlzələ olub. Təkanlar Sakit okeanda sunami yaradıb və Yaponiya, ABŞ və Filippin hökumətləri əhaliyə təcili xəbərdarlıq edib.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO