Bakı. Trend:
Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqətifasilə yaranacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumatverilib.
Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbrizküçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeniçəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə bu günsaat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Təbriz,T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov vəS.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.