AZ

Yay günəşi ilə bağlı XƏBƏRDARLIQ - Xərçəng riski ARTIR

Bəzi tibb mütəxəssisləri bildirirlər ki, yay istirahəti zamanı günəş şüalarının təsiri bəzi hallarda xərçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Bəs bu iddialar nə dərəcədə tibbi əsaslara söykənir?
 

MÖVZU İLƏ BAĞLI

"Bu orqanlarda xərçəng səssiz inkişaf edir"


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış tibb-eksperti Adil Qeybulla bildirib ki, xüsusilə yay aylarında dəri xərçəngi riski artmış sayılır:

“Ən çox rast gəlinən hallar arasında yayda dəridəki xalların və bəzi dəri törəmələrinin qıcıqlanması, günəş yanıqları nəticəsində bu törəmələrin bədxassəli şişlərə çevrilməsi ehtimalı var. Bu, tibdə artıq bilinən və gözlənilən bir haldır”.


Ekspert qeyd edib ki, digər xərçəng növlərinin sırf yay fəslində artması barədə deyilənlər isə elmi əsaslara söykənmir:

“Ümumilikdə xərçəngin digər növlərinin məhz yay aylarında yayılması iddiaları elmi baxımdan sübut edilməlidir. Hazırda bu istiqamətdə dəqiq nəticələr yoxdur”, - deyə ekspert bildirib.

Adil Qeybulla həmçinin əlavə edib ki, xərçəng xəstəliklərinin əsas yaranma səbəbləri arasında həyat tərzi mühüm rol oynayır:
 

“Siqaret çəkmək, narkotik maddələrdən istifadə, alkoqolizmin artması, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma - bunların hamısı xərçəngin yaranmasında əsas faktorlardır”.


Mütəxəssis yay istirahəti zamanı günəş şüalarına uzun müddət məruz qalmamağı, dərini qorumaq üçün qoruyucu kremlərdən istifadə etməyi və sağlam qidalanmanı tövsiyə edir.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr