AZ

​"Fənərbaxça" türk ulduzu transfer etmək istəyir

"Fənərbaxça" yeni mövsüm hazırlıqları çərçivəsində transfer işlərini davam etdirir. Metbuat.az xəbər verir ki, "Fənərbaxça" türk futbolçunu transfer etmək üçün hərəkətə keçib. Jurnalist Yağız Sabuncuoğlunun sözlərinə görə, "Fənərbaxça" "Benfika"nın futbolçusu Kerem Aktürkoğlunun transfer şərtləri ilə maraqlanıb. Portuqaliya klubunun 25 milyon avro tələb etdiyi irəli sürülüb. İddialara görə, “Benfika” Kerem Aktürkoğlunu transfer dəyərindən yüksək təklif almadığı təqdirdə satmayacaq.

Həmçinin futbolçunun “Benfika”da qalmaq istədiyi iddia edilir.

Seçilən
22
metbuat.az

1Mənbələr