AZ

ABŞ İrana genişmiqyaslı sanksiyalar tətbiq edir

ABŞ Maliyyə Nazirliyi, İranla əlaqəsi olan 115-dən çox şəxs və quruma qarşı yeni sanksiyalar elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sanksiyalar, İranın ali dini lideri Ayətullah Xameneinin baş müşaviri Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin rəhbərlik etdiyi gəmiçilik şəbəkəsinə yönəlib. Sanksiyalar, İranın neft ixracını və digər yükləri daşıyan tankerləri hədəf alır.

Maliyyə Naziri Scott Bessent, bu sanksiyaların İran rejimi elitalarının böyük sərvət toplamasına və təhlükəli fəaliyyətlərini maliyyələşdirməsinə qarşı atılmış bir addım olduğunu bildirib. Xəzinədarlıq Katibinin müavini Maykl Folkender isə bu addımın İranın daxilindəki korrupsiyanı ifşa etdiyini qeyd edib.

ABŞ prezidenti Donald Tramp, İranla əlaqəli 500-dən çox şəxs və quruma qarşı sanksiyalar tətbiq edib. Tramp, İrana qarşı iqtisadi təzyiqi artırmaq və nüvə proqramını məhdudlaşdırmaq məqsədini güdür.

Seçilən
1
manset.az

1Mənbələr