AZ

Argentinalı hücumçu onların transfer planlarında yer almır

“Yuventus”un futbolçusu Nikolas Qonsales “İnter”in transfer planlarında yer almır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalının adı milanlıların hücum xəttini gücləndirmək üçün alternativ variant kimi çəkilsə də, bu iddialar həqiqəti əks etdirmir.

“İnter” rəhbərliyi 27 yaşlı oyunçunun transferini müzakirə etmir və onun namizədliyini gündəmdə saxlamır.

Klub, əsas diqqətini “Atalanta”nın hücumçusu Ademola Lukmana yönəldib və bu danışıqlarda uğursuzluq olacağı təqdirdə belə, Qonsales gündəmə gəlməyəcək.

Digər tərəfdən, “Yuventus” baş məşqçi İqor Tudorun planlarına uyğun gəlməyən Qonsaleslə yayda yollarını ayırmaq niyyətindədir.

Seçilən
20
sportinfo.az

1Mənbələr