AZ

Premyer klubunun “radar”ındadır - “Atalanta”nın müdafiəçisi

“Nyukasl” “Atalanta”nın mərkəz müdafiəçisi Corco Skalvini ilə maraqlanır.

Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, İngiltərə klubunun skautları italiyalı futbolçunu bu yaxınlarda keçirilən yoxlama görüşündə izləyiblər.

“Atalanta” müdafiəçini satmaq istəmədiyi üçün transfer qiymətini yüksəldib. Klub Skalvini ilə yollarını nə az, nə çox, 40-50 milyon avroya ayıracaq.

21 yaşlı futbolçu son mövsümdə A Seriyasında zədə səbəbindən cəmi 6 oyun keçirib. O, əvvəlcə çarpaz bağın yırtılması, sonra çiyin zədəsi səbəbindən meydandan uzaq qalıb.

Seçilən
32
sportinfo.az

1Mənbələr