AZ

Mövsümə yeni transfersiz hazırlaşmalı olacaq - "Real"

Yaxın günlərdə “Real”ın futbolçuları bir araya gələcək və yeni mövsümə hazırlığa başlayacaqlar.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, madridlilərin yeni transferi, yarımmüdafiəçi Franko Mastantuono ilkin mərhələdə əsas komandaya qoşula bilməyəcək.

İspaniya qanunvericiliyinə əsasən, Mastantuono yalnız 18 yaşı tamam olduqdan sonra əsas heyətlə məşqlərə başlaya bilər.

Bu səbəbdən, 14 avqusta qədər, yəni yetkinlik yaşına çatana kimi argentinalı futbolçu fərdi şəkildə çalışacaq.

“Real” Mastantuononu “River Pleyt”dən transfer edib. Mətbuatda yayılan məlumatlara görə, bu keçid Madrid klubuna 45 milyon avroya başa gəlib.

Mastantuono iyunda Argentina millisində debüt edib.

Seçilən
25
sportinfo.az

1Mənbələr