Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi Moskva ÇSKA-sından Abbosbek Fayzullayevi transfer edib. Özbək futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Başakşəhər” 21 yaşlı vinger üçün Rusiya klubuna 7,5 milyon avro ödəyib.
Fayzullayev Özbəkistan millisinin də üzvüdür.