Cenevrədə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransı zamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko söz alarkən Litva nümayəndə heyəti zalı tərk etmək qərarına gəlib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
İnsidentə münasibə bildirən Matviyenko qeyd edib ki, bu cür hərəkətlərlə xarici siyasətçilər özlərini gözdən salırlar.
Qeyd edək ki, bu, birinci dəfə deyil ki, beynəlxalq platformalarda nümayəndə heyətləri Rusiyaya açıq etiraz nümayiş etdirirlər.
ElcanMissiya.Az