AZ

Elnarə Nəbiyevanın rəhbəri olduğu şirkət yarım milyon rubl cərimələndi

Mərkəzi Bank iki il əvvəl yaradılan "Best Glass" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazıb.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə məlum olub ki, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Nəbiyeva Elnarə Rafiq qızı olan şirkət yarandığı gündən bir neçə gün sonra 2 082 454.40 rusiya rublu məbləğində vəsaiti Rusiyaya köçürüb. 

2 il keçməsinə baxmayaraq, həmin məbləğdə vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal olunmayıb və valyuta vəsaiti şirkət tərəfindən geri qaytarılmayıb.

Məhkəmənin hökmü ilə, Elnarə Nəbiyeva inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 416 490,88 rusiya rublu məbləğində inzibati cərimə edilib.

Sabiq İsbəndərli

Seçilən
20
valyuta.az

1Mənbələr