AZ

Beyləqanda daha bir küçə asfaltlandı - Fotolar

Beyləqan rayonunda abadlıq və yenidənqurma istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, cari ilin əvvəlindən icrasına başlanılan layihələr çərçivəsində Beyləqan şəhərinin daha bir küçəsində-şəhid Rövşən Axundov küçəsində aparılan asfaltlanma işləri artıq başa çatdırılıb.

Yenidənqurma işlərinin nəticəsi olaraq, küçədə nəqliyyatın hərəkəti daha təhlükəsiz və rahat olub, piyadaların gediş-gəlişi asanlaşıb. Ərazidə yaşayan sakinlər görülən işlərdən məmnunluqlarını ifadə edərək, dövlət başçısının rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial yönümlü infrastruktur layihələrinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Beyləqan rayonunda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir və bu layihələr ölkə rəhbərliyinin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq icra olunur.







Seçilən
9
2
qafqazinfo.az

3Mənbələr