AZ

Dövlət Agentliyi avtomobillərini sığortalayacaq şirkət axtarır - ŞƏRTLƏR

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” PHŞ açıq tender elan edir.

Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur – ŞİRKƏTLƏR,  MƏBLƏĞLƏR - SİYAHI 

FED.az xəbər verir ki, elanda nəqliyyat vasitələrinin tam könüllü (KASKO) sığortası xidmətinin satın alınması nəzərdə tutulub.

Qeyd edək ki, tender çərçivəsində 3 ədəd Chevrolet Malibu, 1 ədəd Chevrolet Cobalt, 1 ədəd Chevrolet Equinox, 1 ədəd Toyota Camry və 1 ədəd Khazar Minik avtomobili üçün sığorta xidməti satın alınacaq.

Müsabiqədə iştirak haqqı 12 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1604536911

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44

Ehtimal olunan qiymət: 5.783,75 AZN

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.08.2025 18:00

Zərflərin açılış tarixi və vaxtı: 20.08.2025 18:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fərid Mahmudov, Satınalmalar və təchizat şöbəsinin müdiri

Email : [email protected]

Əlaqə telefonnu: +994 50 264 64 94

Seçilən
14
fed.az

1Mənbələr