Bakı. Trend:
Kanadanın qərbində yelrəşən Britaniya Kolumbiyası əyalətininsakinləri nəzarətdən çıxan meşə yanğınları ilə əlaqədar kütləvişəkildə köçürülür.
Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, xüsusilə yanğın ocağına ən yaxın olan Okanaqandairəsində 400 yaşayış evinin sakinlərinin icbari təxliyəsi əmrolunub. Həmin dairədə artıq bir neçə avtomagistral alovunmühasirəsinə düşdüyündə, bir çox yerlərdə nəqliyyatın hərəkətiiflic olub. Yanğının söndürülməsinə aviasiya və ağır texnika cəlbolunub.
Zərərçəkənlər barədə məlumat verilmir.