AZ

Konfrans Liqası: “Araz-Naxçıvan” bu gün “Aris”in qonağı olacaq

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstanda “Aris” kollektivinin qonağı olacaq.

Saloniki şəhərində yerləşən “Kleantis Vikelidis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlanacaq. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk matçda “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb.

 

Seçilən
13
azertag.az

1Mənbələr