AZ

Ağdama qayıdan sakin: Atamın məzarını tapıb ziyarət edəcəyəm  

“Köçkünlük çox ağır dərddir. Amma şükürlər olsun Yaradana bu gün nəvələrimlə, balalarımla bərabər buradayam, gedirik. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Prezidentimizin ömrünü uzun etsin”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Raya Abdullayeva bildirib.

O, həmçinin Ağdamla bağlı arzularında da bəhs edib: “O torpaqları öpəcəyəm, bulaqlarımızı gəzəcəyəm, atamın məzarını qəbiristanlıqda tapıb ziyarət edəcəyəm. Allah bizə bir də müharibə göstərməsin”.

Seçilən
3
3
azerbaijan-news.az

4Mənbələr