AZ

Xıdırlıya növbəti225 nəfərköçürülüb

Ağdamın Xıdırlı kəndinə Bakıya 20 ailə, Bərdədən 68 nəfər, Ağdamdan 8 ailə, Mingəçevirə 5 ailə, Yevlaxdan 3 ailə , Qəbələdən 1 ailə, Oğuzdan  1 ailə, Ağcabədidən  1 ailə, Abşerondan 1 ailə,  Ağdaşdan 1 ailə olmaqla cəmi  225 nəfər köçürülüb.  Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə dövlət Komitəsi məlumat yayıb. 

Bununlada  Ağdamın Xıdırlı kəndinə cəmi 188 ailə (737 nəfər) köçürülüb.

Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.

Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.

Aytac Zeynalova

Seçilən
9
1
anews.az

2Mənbələr