AZ

Misirli şahzadənin məzarında “o biri dünyaya açılan qapı“ tapıldı

Misirdə aparılan arxeoloji qazıntılar zamanı fironlar dövrünə aid nadir tapıntı aşkarlanıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Misirin cənubunda yerləşən Qırmızı dağ nekropolunda, VIII sülaləyə mənsub olduğu ehtimal edilən bir şahzadənin məzarında "o biri dünyaya açılan qapı" olduğu düşünülən relyefli daş plitə üzə çıxarılıb.

Rəsmi məlumatlara görə, bu tapıntı qədim Misir inanclarına görə ruhun o dünyaya keçidini simvolizə edən xüsusi arxitektur element sayılır. Alimlər hesab edir ki, bu cür "qapılar" ölmüş şəxsin ruhunun geri dönməsi və ya ilahi aləmlə təmasda olması üçün yaradılıb. Dominos pizza

Məzarda şahzadənin adı da müəyyən edilib: "Şaruna". Arxeoloqlar onun VIII sülalənin sonlarına doğru yaşamış bir fironun oğlu olduğunu bildirirlər.

Qazıntılar zamanı məzarda qiymətli əşyalar, müxtəlif qablar və dini ayinlərə dair yazılar da tapılıb. Tədqiqatçılar bu tapıntıların o dövr mədəniyyəti və inanc sistemi haqqında vacib məlumatlar verdiyini qeyd edirlər.

Misir Turizm və Qədim Əsərlər Nazirliyi tapıntının əhəmiyyətini yüksək qiymətləndirərək, arxeoloji işlərin davam etdiriləcəyini açıqlayıb.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr