AZ

Rəsmi Ankara: Terrorizmin kökünün kəsilməsi Türkiyənin inkişafında güclü impuls olacaq

Ankara, 31 iyul, AZƏRTAC

Terrorizmin kökünün kəsilməsi Türkiyənin inkişafında güclü impuls olacaq, həmçinin cəmiyyətdə birliyi gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının yekunlarına dair dərc edilmiş bəyanatda deyilir.

Toplantı iştirakçıları PKK, İŞİD və “Paralel dövlət” (FETÖ) kimi təşkilatlardan qaynaqlanan terror təhlükəsinin aradan qaldırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. İclasda, həmçinin “Terrorsuz Türkiyə” ideyası çərçivəsində bəyan edilən məqsədlərin həyata keçirilməsi istiqamətində görülən işlərə qiymət verilib.

Regiondakı, xüsusən də Suriyadakı vəziyyətə xüsusi diqqət yetirilib.

Təhlükəsizlik Şurasının üzvləri qonşu ölkənin ərazi bütövlüyünün, birliyinin və sabitliyinin qorunub saxlanmasının vacibliyini qeyd edərək rəsmi Dəməşqin bu istiqamətdə addımlarını dəstəkləməyə hazır olduqlarını vurğulayıblar. Bildirilib ki, vəziyyətin yenidən gərginləşməsinin, xaos mühitinin formalaşmasının, separatizmin yayılmasının və Suriyanın suverenliyinə xələl gətirilməsinin qarşısının alınması istiqamətində addımlara üstünlük verilir.

İclasda Rusiya və Ukrayna arasında müharibədə qarşıdurmanın yeni mərhələsi ilə bağlı da narahatlıq ifadə edilib. Ankaranın davamlı sülhün yaxınlaşmasına hərtərəfli töhfə verməyə hazır olduğu vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
13
1
azertag.az

2Mənbələr