"İnter Mayami" Liqa Kubokunda "Atlas"ı məğlub edib, Messi isə qalmaqallı epizodla yadda qalıb...
Poliqon xəbər verir ki, ABŞ Liqa Kubokunun ilk turunda "İnter Mayami" Meksikanın "Atlas" klubunu 2:1 hesabı ilə məğlub edib. Florida təmsilçisinin qollarını Venesuela yarımmüdafiəçisi Telasko Seqoviya və Argentina müdafiəçisi Marselo Veyqandt vurublar.
Komandanın ulduzu, dünya çempionu Lionel Messi bu qarşılaşmada iki məhsuldar ötürmə ilə fərqlənsə də, oyun zamanı qalmaqallı hadisə ilə diqqət çəkib. Belə ki, 38 yaşlı hücumçu rəqib oyunçu ilə mübahisə edib və ona sillə vurub. Hadisənin görüntüləri sosial mediada yayılıb və geniş müzakirələrə səbəb olub.
Messinin bu davranışına görə cəzalandırılıb-cəzalandırılmayacağı barədə hələlik rəsmi məlumat verilməyib. Oyunun nəticəsi "İnter Mayami" üçün uğurlu sayılsa da, argentinalı ulduzun hərəkəti ictimaiyyətin və futbolsevərlərin diqqətini çəkib.
Poliqon.info