AZ

Ulduz futbolçu göndərilə bilər -

“Real Madrid” futbolçu Vinisius Juinorla müqavilənin uzadılması barədə razılıq əldə edə bilməyib. Metbuat.az xəbər verir ki, braziliyalı ulduzun yüksək maaş tələbi danışıqları dayandırıb. “Foot Mercato”nun məlumatına görə, illik 15 milyon avro qazanan Vinisius Mbappenin aldığı eyni məbləğdə maaş tələbi irəli sürüb. Məlumata görə, Mbappe illik 23 milyon avro qazanır. Bildirilir ki, “Real” rəhbərliyi futbolçunun tələbini qəbul etməyib. İddialara görə, klub rəhbərliyi yüksək təklif olacağı təqdirdə Vinisius Juinoru klubdan göndərməyi nəzərdən keçirir.

Qeyd edək ki, Vinisius Juinorun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Seçilən
12
metbuat.az

1Mənbələr