AZ

F-35 qəzaya uğradı: Pilot...

F-35 qırıcı təyyarəsi Kaliforniyada ABŞ Hərbi Dəniz Qüvvələrinin Lemur Hava Stansiyası yaxınlığında qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, “ABC News” məlumat yayıb.

"F-35 beşinci nəsil döyüş təyyarəsi Lemur Hərbi Hava Qüvvələri Bazasının yaxınlığında qəzaya uğrayıb. Pilot təhlükəsiz şəkildə çıxa bilib. Şəxsi heyət arasında itki yoxdur", - Hərbi Hava Qüvvələri bazasından telekanala verilən açıqlamada deyilir.

Hadisənin səbəbləri məlum deyil, hazırda araşdırma aparılır.

Seçilən
21
publika.az

1Mənbələr