XOCALI, 31 iyul. TELEQRAF
Xocalıda yanğın baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Xocalı şəhər ərazisində baş verib.
Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Hazırda yanğınsöndürmə əməkdaşları alovun qarşısını almağa çalışır.