Azərbaycanın avtomobil xidməti sektorunda milli brend kimi tanınan "Radius Plus" MMC 11 illik təcrübəsini və innovativ biznes modelini daha bir addımla irəli apararaq, paytaxtın əsas nəqliyyat arteriyalarından olan Babək prospektində ikinci böyük filialını açdı. Yeni filial həm texnoloji, həm də ekoloji baxımdan sənayedə yeni standartların formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.
2012-ci ildə təsis edilən "Radius" 2014-cü ildən ölkə üzrə filiallar şəbəkəsi yaratmaq strategiyası ilə fəaliyyət göstərir. Yeni filial 6500 kvadratmetr sahəyə malik olub, saatda 20 minik avtomobilinə xidmət göstərmək potensialına malikdir. İl ərzində isə 37 mindən çox avtomobilin qəbulu və bazara 150 minə yaxın təkərin təqdim olunması planlaşdırılır.
"Radius"un unikallığı onun sürətli və keyfiyyətli xidmətindədir – burada təkər və digər avtomobil ehtiyat hissələrinin dəyişiminin 56 dəqiqə ərzində həyata keçirilməsi nəzərdə tutulur. Şirkət 40-dan çox tanınmış təkər brendini, 280 fərqli ölçüdə 18,500 ədəd şini ölkə bazarına təqdim edir.
Yeni filial yerli memarlar və Almaniyanın 100 illik təcrübəyə malik tərəfdaş şirkətinin birgə əməkdaşlığı ilə sənaye memarlığı və müasir urbanistik standartlar əsasında inşa olunub. Eyni zamanda, filialda 100-dən çox yeni iş yeri yaradılması gözlənilir.
"Radius" yalnız biznes deyil, sosial məsuliyyət və ekoloji təşəbbüslərə də önəm verir. Şirkət sosial media və radio platformalarında yol təhlükəsizliyi və təkər istifadəsi ilə bağlı maarifləndirici kampaniyalar aparır, ölkədə nəqliyyat mədəniyyətinin yüksəldilməsinə dəstək olur.
Beləliklə, "Radius" Azərbaycan avtomobil sənayesində güclü milli brend olaraq, həm iqtisadi inkişafa, həm də sürücü təhlükəsizliyinə əhəmiyyətli töhfələr verməyə davam edir.