2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər Fondun büdcə xərclərini tam şəkildə qarşılamayıb.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-nin 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində qeyd olunub.
Sənəddə bildirilir ki, Fondun xərclərinin maliyyələşdirilməsində əsas yük investisiya gəlirləri və büdcədənkənar daxilolmaların üzərinə düşüb. Neft və qaz satışından daxilolmalar isə bu məqsədlə kifayət etməyib.
Bildirilib ki, xərclərin icrası üzrə müsbət fiskal balans daha çox vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər hesabına mümkün olub.