Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün “Payızgəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya start verib.Endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı“FLY25” promokodundan istifadə etmək kifayətdir.
Aksiyanın şərtlərinə əsasən, sərnişinlər 3 avqust 2025-ci iltarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25%-dəkendirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edəbilərlər.
Təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyatakeçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlərAZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dançox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etməkimkanı əldə edəcəklər.
Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznessinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir.Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir.Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur.
Səyahətinizi əvvəlcədən planlaşdıraraq payız mövsümünü AZAL-ladaha sərfəli və yaddaqalan edin!