AZ

2500 illik antik piramida DAĞILDI

Meksikanın Miçoacan əyalətində yerləşən 2500 illik antik piramida güclü yağışlar səbəbindən 29 iyul 2025 gecəsi uçub. 

Təxminən 15 metr hündürlüyündə olan kvadrat quruluşun cənub divarı, fasiləsiz yağan yağışın təzyiqinə tab gətirə bilməyərək dağıntıya çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, piramida Ihuatzio Arxeoloji Ərazisində yerləşirdi və Purhepeça Krallığının ən yaxşı qorunmuş qalıqlarından biri idi.

Bu sivilizasiya, Azteklər tərəfindən fəth edilə bilməyən yeganə imperiya kimi tanınır. Purhepeça mədəniyyəti bu gün də yaşamaqdadır.

Meksika Milli Antropologiya və Tarix İnstitutu (INAH) çökmədən əvvəlki dövrdə baş verən iqlim ifratlarını günahlandırıb.Bildirilib ki, bölgədəki yüksək temperatur və ardınca gələn quraqlıq, quruluşun içinə su sızmasına səbəb olan çatlar yaradıb. Bu da uçqunu qaçılmaz hala gətirib.

Çökmədən sonra aparılan araşdırmalarda, piramidin altı fərqli pilləsinin, eləcə də xarici divarın, əsas nüvənin və dayaq divarının da zədələndiyi qeyd olunub. Ihuatziodakı digər piramid isə hələlik sağlam vəziyyətdədir. INAH rəsmiləri, indi əsas hədəflərinin piramidin struktur bərpasını həyata keçirmək olduğunu vurğulayıblar: “Bu quruluş, Meksikalıların mədəni irsidir”.

Antik quruluşlar sadəcə tarixi sənədlər deyil, həm də bəşəriyyətin kollektiv yaddaşıdır. Ancaq qlobal iqlim günü-gündən daha xaotik hala gəldikcə, bu yaddaşın parçalanmasına şahidlik edirik.

Seçilən
45
3
cebheinfo.az

4Mənbələr