AZ

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətlə Bakıda rəsmi qəbul təşkil olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycandakıi diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdəki inkişaf yolundan danışıb.

Diplomat çıxışında həmçinin Mərakeşlə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu bildirib. O vurğulayıb ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir, dərinləşir.

Mərasimdə Azərbaycan hökuməti adından çıxış edən mədəniyyət naziri Adil Kərimli dost ölkənin milli bayramı münasibətilə təbriklərini çatdırıb.

Vurğulanıb ki, bu gün iki ölkə siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. İki ölkə rəhbərlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri Azərbaycan-Mərakeş əlaqələrinin hərtərəfli inkişafında mühüm rol oynayır.

Mərasim sonra ziyafətlə davam edib, bədii proqram təqdim olunub.

Seçilən
10
7
report.az

8Mənbələr