AZ

Qari Lineker futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb

İngiltərə millisinin sabiq hücumçusu və məşhur teleaparıcı Qari Lineker futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, o, argentinalı hücumçu Lionel Messini ən yaxşı futbolçu kimi xarakterizə edib.

Lineker bildirib ki, Messi bütün zamanların ən sevimli futbolçusudur: "Mənim fikrimcə, o, tarixin ən yaxşı oyunçusudur. Əgər həqiqətən də böyük futbolçuları - Kroyf, Zidan, Ronaldonu götürsəniz və eyni zamanda onlardan daha yüksək səviyyənin olduğunu fikirləşsəniz, tam olaraq o, Messidir! Bu, həqiqətən heyrətamizdir".

Qeyd edək ki, Messi "Qızıl top"un sayına görə rekorda sahibdir. O, bu mükafatı səkkiz dəfə qazanıb.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr