ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin müharibə hədələrinə sərt cavab verib.
Amerika lideri ona xəbərdarlıq edib ki, bu cür bəyanatlar təhlükəlidir.
SİA-nın məlumatına görə,Tramp bu barədə Truth Social-da yazıb.
Medvedevə cavab olaraq Tramp deyib ki, ABŞ Rusiya və ya Hindistanla iqtisadi əməkdaşlıqda maraqlı deyil və onların iqtisadiyyatlarını “ölü” adlandırıb.
...Hindistanın Rusiyaya nə edəcəyi məni maraqlandırmır. Onlar birlikdə ölmüş iqtisadiyyatlarını məhv edə bilərlər. Biz Hindistanla demək olar ki, heç bir iş görmürük, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir.Rusiya və ABŞ da bir-biri ilə demək olar ki, heç bir iş görmür.
Bunu deyən Amerika lideri Medvedevin siyasi keçmişini də alçaldıcı şəkildə xatırladıb.
...Gəlin bunu belə buraxaq və özünü hələ də prezident hesab edən Rusiyanın keçmiş prezidenti Medvedevə deyin ki, onun sözlərinə qulaq assın: “O, çox təhlükəli əraziyə daxil olur!” – deyə Tramp, yekunlaşdırıb.
Əli Babayev