AZ

Elnur Şahhüseynov: Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya nəqli iki dost xalqın gözlədiyi tarixi hadisədir

Azərbaycan təbii qazının avqustun 2-də Türkiyə üzərindən Suriyaya nəqlinə başlaması iki dost xalqın gözlədiyi tarixi hadisədir və ikitərəfli əməkdaşlığın dərinləşdiyini göstərir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov SANA agentliyinə açıqlamasında danışıb.

O qeyd edib ki, Suriya Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 12-də Prezident İlham Əliyevlə keçirilən görüşü iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək bu tarixi hadisə ilə nəticələnib.

E.Şahhüseynov Azərbaycan rəhbərliyinin yeni Suriya hökuməti ilə əlaqələrə xüsusi önəm verdiyini və bunun Suriya tərəfindən müsbət qarşılandığını, iki dost ölkə və xalqın mənafeyinə uyğun olaraq dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın qurulmasına səbəb olduğunu qeyd edib.

"Yeni hökumət Suriya xalqını xüsusilə iqtisadi sahədə narahat edən bütün problemləri aradan qaldırmaq üçün çalışır. Bu isə inkişafın sürətləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Azərbaycan təbii qazı Suriyada elektrik enerjisi istehsal gücünün artırılmasında strateji rol oynayacaq və bu, ölkədə daha geniş iqtisadi dirçəlişə yol açacaq".

Seçilən
18
report.az

1Mənbələr