AZ

Bakıda Mərakeşin milli bayramı qeyd olundu

30 iyul Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günüdür. Bu münasibətlə Bakıda rəsmi qəbul təşkil olunub.

Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdəki inkişaf yolundan danışıb.

Diplomat çıxışında həmçinin Mərakeşlə Azərbaycan arasında münasibətlərin hazırki vəziyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir, dərinləşir.

Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən mədəniyyət naziri Adil Kərimli dost ölkənin milli bayramı münasibətilə təbriklərini çatdırıb.

Seçilən
27
7
publika.az

8Mənbələr